Modern.az

Tank və zirehli maşın toqquşdu, ölənlər var

Tank və zirehli maşın toqquşdu, ölənlər var

7 Dekabr 2021, 23:53

Almaniyanın Aşağı Saksoniya vilayətində yerləşən Bergen hərbi poliqonunda təlim zamanı tank və zirehli maşın toqquşub.

 

Modern.az DPA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi ölüb.

 

Almaniya Müdafiə Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib və planlaşdırılan tədbirləri ləğv edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI