Modern.az

“Azərcell"dən 1 manatlıq kartlarla bağlı açıqlama

“Azərcell"dən 1 manatlıq kartlarla bağlı açıqlama

Təhsil

10 Dekabr 2012, 16:02

Bir müddət öncə “Azərcell Telekom” MMC 1 manat məbləğində SimSim danışıq kartlarının ləğv edildiyini və bu məbləğdə kartların ancaq internet ödəmə səhifələri, bankomatlar və banklar, eləcə də paypoint vasitəsilə əldə edə biləcəklərini bildirmişdi. Amma bu gün əməkdaşımıza metro stansiyalarının birindən 1 manatlıq SimSim danışıq kartı alıb.

  “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən  Modern.az-a bildirilib ki, son dövrlər danışıq kartlarına, xüsusən 1 manat dəyərində olanlara tələbatın artması ilə əlaqədar bəzi satış nöqtələrində kiçik nominallı danışıq kartlarının sayında məhdudiyyət yaranıb.

“Belə halların qısa müddət ərzində aradan qaldırılması üçün  “Azercell Telekom” MMC tərəfindən təcili tədbirlər görülməkdədir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, danışıq kartlarında qiymət dəyişikliyi olmayıb. 1, 3, 5, 10, 15 , 25 manat dəyərində olan danışıq kartlarını üzərindəki nominala uyğun qiymətə rəsmi dilerlərimizdən əldə edə bilərsiniz”.  

Aytən Əliyeva
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış