Modern.az

Bakcell diler mağazaları şəbəkəsini genişləndirir

Bakcell diler mağazaları şəbəkəsini genişləndirir

Təhsil

10 Dekabr 2012, 16:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi Bakcell şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq özünün diler mağazaları şəbəkəsini bir qədər də genişləndirir.

Ölkənin regionlarında diler şəbəkəsinin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi ilə Bakcell Astara və Ağdam rayonlarında yeni mağazalarını müştərilərin istifadəsinə verdi. Şəhər mərkəzlərində yerləşən mağazalar Cin, Klass və Gold abunəçiləri üçüntam çeşiddə xidmətlər təqdim edəcək. Xarici və daxili görünüşünlərini tərtibatındakı yenilik, eyni zamanda göstərilən xidmətlərin çeşidi ilə müştəriləri sevindirəcək. Mağazalarda telekommunikasiya sahəsinin yenilikləri, yeni növ planşetlər, telefonlar və hər bir müştərinin tələbatlarını qarşılayacaq məhsullarla təchiz olunub.

Azərbaycanın bütün regionlarının əhatə edən və daim genişləndirilən diler mağazaları əhaliyə yaşadıqları ərazidən asılı olmayaraq ən yüksək səviyyəli xidmət göstərmək məqsədi ilə daim çalışır.

Sərhədyanı bölgələri daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti bu zonanın əhalisinin tələbatlarının öyrənilməsi və gözləntilərin yüksək səviyyədə qarşılanmasını hər zaman əsas tutur. Bu baxımdan, yenicə istifadəyə verilən və bütün texnoloji yenilikləri özündə cəm edən mağazanın açılması Bakcell-in müştəri loyallığına çox gözəl nümunədir.   

Bu gözəl fürsəti siz də qaçırmayın! Bakcell-in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış