Modern.az

Elmira Süleymanova Əfv Komissiyasının üzvlüyündən çıxarılıb

Elmira Süleymanova Əfv Komissiyasının üzvlüyündən çıxarılıb

Təhsil

10 Dekabr 2012, 16:31

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvlüyündən çıxarılıb.

 Bu barədə APA-ya ombudsman özü məlumat verib. O bildirib ki, Ombudsman Aparatı tərəfindən kiminsə azadlığa buraxılmasını və əfv olunmasını xahiş etmək müəyyən konflikt vəziyyəti yaradıb: “Bu vəziyyəti aradan qaldırmaq üçün artıq komissiyanın üzvü deyiləm. Kimlərinsə əfv olunması ilə bağlı hazırda yalnız komissiyanın üzvləri prezidentə təkliflər verə bilərlər. Əgər prezident tərəfindən əfv fərmanı imzalanırsa, siyahıda göstərilən şəxslər azad olunur”.

Ombudsman qeyd edib ki, onlar əfv fərmanının daha çox ahıllara, ağır və ümidsiz xəstələrə və yeniyetmələrə şamil olunmasının tərəfdarıdırlar.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış