Modern.az

Narkomanlar necə müəyyən olunur?

Narkomanlar necə müəyyən olunur?

8 Dekabr 2021, 15:50

“Narkotik istifadəçiləri müalicə üçün əsasən gec müraciət edirlər. Bizə müraciət edəndə onların daxili orqanları məhv olmuş vəziyyətdə olur. Bir dəfə narkotik vasitədən istifadə edən şəxs ondan asılı qalır”.

 

Modern.az xəbər verir ki, bunu Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib.

 

Onun sözlərinə görə, narkotik maddədən ilkin istifadədən sonra psixoloji asılılıq yaranır.

 

“Narkotik vasitənin növündən asılı olaraq isə fiziki asılılıq da yaranır. Bu, ürəkbulanma, halsızlıq, gərginlik, sümük və oynaqlarda ağrılarla müşayiət olunur”.

 

Orxan Cəfərov hazırda narkotik istifadəçilərinin ən rahat müayinə üsulunun ekspress test üsulu olduğunu bildirib:

 

“Bu yolla ən qısa zamanda hansı narkotik vasitədən istifadə edildiyini bilmək mümkündür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?