Bakıdan Sumqayıta metro çəkilişinə 2013-cü ildə başlanacağı barədə yayılan xəbərlər əsassızdır. Bu barədə Modern.az saytına Bakı Metropoliteni rəisinin köməkçisi Məmməd Bayramov bildirib. Onun sözlərinə görə, həm Sumqayıta, həm də Aeroport istiqamətində metro xəttinin çəkilməsi ilə bağlı yayılan məlumatlar yalandır :
”Nə aeroporta, nə də Sumqayıta metro çəkiləcək. Ümumiyyətlə, bu haqda heç bir plan yoxdur”.
M.Bayramov onu əlavə edib ki, bayram günlərində metropoliten adi iş rejimində işləyəcək.