“Hazırda Azərbaycanda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb”.
Modern.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev deyib.
O qeyd edib ki, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.
A.Hacıyev vurğulayıb ki, son 5 ildə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ 10 minə yaxın layihə üzrə ayrılıb.