Modern.az

Mülki vətəndaşlar təhlükədə - Xəritələr təcili VERİLMƏLİDİR

Mülki vətəndaşlar təhlükədə - Xəritələr təcili VERİLMƏLİDİR

Parlament

9 Dekabr 2021, 16:44

Dekabrın 9-u Şuşanın Daşaltı kəndində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin iki nəfər əməkdaşı minaya düşərək həlak olub.

 

Deyə bilərik ki, belə hadisələrin sayı artdıqca, azad olunmuş ərazilərdə çalışan bərpa və quruculuq şirkətlərinin bəzi əməkdaşları təhlükəsizliklərindən narahat olur və geri qayıtmaq istəyirlər.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, bu hadisələr bir daha mina xəritələrinin Azərbaycana verilmə məsələsini gündəmə gətirir:

 

“Düşünürəm ki, istər Şuşada, istərsə də digər işğaldan azad olunmuş ərazilərdə bərpa işi ilə məşğul olan şirkətlərin nümayəndələri fədəkar əməklə məşğuldurlar. Məhz buna görə də əsas kommunikasiyaların keçəcəyi yerin minalardan təmizlənməsi ən ciddi məsələlərdən biridir. ANAMA tərəfindən bununla bağlı lazımi addımlar atılır. Bu hadisələr bir daha Azərbaycana mina xəritələrinin verilməsi məsələsini gündəmə gətirir”.

 

A.Nağıyev vurğulayıb ki, təhlükəsizliyin təmin edilməsi üçün əraziləri tam şəkildə nəzarətə götürə biləcək bir mexanizm hazırlanmalıdır:

 

“Əsas məsələ ondan ibarətdir ki, bu proseslərdə dinc qayıdışı həyata keçirmək, kommunikasiyaların çəkilişi üçün xəritələrlə təmin olan və əraziləri tam şəkildə nəzarətə götürə biləcək bir mexanizm hazırlanmalıdır. Ona görə də xəritələrin alınması və ərazilərin minalardan təmizlənməsi çox mühim məsələdir.

Çox təəssüf ki, son vaxtlar quruculuq işləri ilə məşğul olan şəxslər, ANAMA-nın əməkdaşları minaların qurbanı olur. Bu proseslərdə birmənalı şəkildə koordinasiya yaratmaq və təhlükəsizliyi təmin etmək lazımdır. Burada xəritələr mühüm məsələdir və müəyyən hissəsi əldə olunub.

Çünki kommunikasiyaların bu gün keçəcək hissələri tam şəkildə təmizlənməlidir ki, gələcəkdə hər hansı digər fəsadlara gətirib çıxarmasın. Həm də hazırda orada quruculuq-bərpa işlərində çalışan insanlar narahatlıq keçirməsinlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər