Modern.az

Rusiyadan Ermənistandakı səfirin geri çağırılmasına təkzib 

Rusiyadan Ermənistandakı səfirin geri çağırılmasına təkzib 

Dünya

9 Dekabr 2021, 18:38

Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırmaq niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib.

 

“Bu xəbər feykdir. Bu həqiqət deyil, dezinformasiyadır. Bizim səfir işini davam etdirir”, - deyə Zaxarova vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın “Hraparak” qəzeti Kopırkinin geri çağırılacağı ilə bağlı məlumat yayıb. 

 

Zaxarova qəzetin bu məlumatla bağlı təkzib yayacağını da bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...