Modern.az

Danimarkada 4 kəşfiyyatçı saxlanılıb

Danimarkada 4 kəşfiyyatçı saxlanılıb

9 Dekabr 2021, 18:49

Danimarkada iki fərqli kəşfiyyat orqanından 4 nəfər “kəşfiyyat xidmətlərindən çox məxfi məlumatları sızdırmaq” şübhəsi ilə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti (PET) məlumat yayıb.

 

Açıqlamada saxlanılanlardan ikisinin kəşfiyyat orqanlarında hazırda işlədiyi, digər ikisinin isə keçmiş işçi olduğu qeyd edilib. Şübhəlilərin 12 il həbs cəzası ilə mühakimə olunacağı gözlənilir.

 

Açıqlamada sözügedən şəxslərin polislə birgə əməliyyat nəticəsində saxlanıldığı, bir neçə fərqli ünvanda axtarışların aparıldığı bildirilib.

 

Açıqlamada əməliyyatın uzun sürən araşdırmanın nəticəsi olduğu və istintaqın davam etdiyi qeyd olunub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza