Modern.az

ABŞ və İsraildən İrana qarşı təlim PLANI

ABŞ və İsraildən İrana qarşı təlim PLANI

Dünya

9 Dekabr 2021, 19:04

İsrail və ABŞ-ın hərbi rəsmiləri potensial ssenaridə İranın nüvə obyektlərini məhv etmək üçün mümkün hərbi təlim planlarını müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək səviyyəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

İsrailin müdafiə naziri Benni Qantz bu gün Vaşinqtona gedib. O, ABŞ-ın paytaxtında amerikalı həmkarı və Pentaqonun nümayəndə heyəti ilə görüşəcək.

 

ABŞ rəsmisi agentliyə deyib ki, mümkün hərbi təlimlər İranla danışıqların nəticəsiz qalacağı, habelə ABŞ və İsrail liderlərinin hərbi zərbə tələb etdiyi ssenariyə hazır olacaq. ABŞ-a səfər etməzən əvvəl Qantz bildirib ki, İran dünya sülhü üçün təhdiddir və İsrail üçün mövcud təhlükəyə çevrilməyə çalışır.

 

ABŞ-ın fikrincə, İran nüvə istehsal gücündən kütləvi qırğın silahları hazırlamaq üçün istifadə edə bilər. Bununla belə, İran silah istehsal etməyəcəyini, kommersiya və dinc məqsədlər üçün nüvə texnologiyasını inkişaf etdirdiyini iddia edir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...