Modern.az

Çin - Olimpiadanı boykot edənlərə qarşı tədiblər görüləcək

Çin - Olimpiadanı boykot edənlərə qarşı tədiblər görüləcək

9 Dekabr 2021, 19:58

ABŞ, Kanada və Avstraliyanın ardınca Britanya da Çinin insan haqları ilə bağlı pozuntuları səbəbilə paytaxt Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarını boykot etmək qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, Çin bu ölkələrin səhv etdiyini və buna görə cavab verəcəklərini bildirib.

 

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Venbin Vanq Böyük Britaniyanın boykota qoşulmasından sonra bu ölkələrin Olimpiadadan siyasi manipulyasiya üçün istifadə etdiyini bildirib.

 

ABŞ bazar ertəsi günü 2022-ci il Qış Olimpiya Oyunlarını diplomatik yolla boykot etmək qərarına gəlib.

 

Ağ Evin mətbuat katibi Cen Psaki açıqlamasında Çinə rəsmi nümayəndələrin göndərilməyəcəyini, amerikalı idmançıların isə Olimpiadada iştirak edə biləcəklərini və hökumətin tam dəstəyini alacaqlarını vurğulayıb.

 

Bundan sonra Çin Xarici İşlər Nazirliyi ABŞ-ın boykot qərarının “yalan və şayiələrə” əsaslandığını bildirib və “əks tədbirlərin görüləcəyini” açıqlayıb. Lakin bu tədbirlərlə bağlı məlumat verilməyib.

 

Bayden administrasiyasının 2022-ci il Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsi tarixdəki analoji boykotlardan daha az sanksiyaları əhatə edir. ABŞ SSRİ-nin Əfqanıstanı işğal etməsinə etiraz olaraq idmançılarını 1980-ci ildə Moskva Olimpiadasından geri çəkmişdi. Sovet İttifaqı və onun müttəfiqləri öz növbəsində Los-Ancelesdə keçirilən növbəti 1984 Yay Olimpiya Oyunlarını boykot etmişdilər.

 

Qeyd edək ki, ABŞ 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi