İtaliya Rəqabət Təşkilatı (Antitrust) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması “Amazon”u rəqiblərinə qarşı elektron ticarətdə bazar üstünlüyündən sui-istifadə etdiyinə görə 1 milyard 128 milyon avro cərimələyib.
Modern.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Təşkilat “Amazon”un Avropa və İtaliyadakı logistika şəbəkəsindən dominant olmasından sui-istifadə etdiyini bildirir.
“Amazon” isə İtaliya Rəqabət Təşkilatının bu cəzasına reaksiya verib. Şirkətdən verilən açıqlamada bu cəzanın “ədalətsiz və qeyri-mütənasib” olduğu və şikayət ediləcəyi bildirilir.
Akif İsmayılov