Modern.az

Klintonun müavini ilə Azərbaycan müxalifətinin görüşü keçirilir - EKSKLÜZİV

Klintonun müavini ilə Azərbaycan müxalifətinin görüşü keçirilir - EKSKLÜZİV

Təhsil

11 Dekabr 2012, 11:56

Müsavat başqanı İsa Qəmbər və ACP sədri Sülhəddin Əkbər səfirliyə dəvət olunub

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində müxalifət liderləri ilə ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianın görüşü başlanıb. Bu barədə Modern.az saytına Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər məlumat verib. O, bildirib ki, hazırda Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Tomas Melianla müxalifət partiyalarının görüşü başlanmaq üzrədir. 

“Səfirlikdən məni dəvət etdilər. Görüş bir azdan başlayacaq. Sözün açığı kimlərin görüşdə iştirak edəcəyini bilmirəm. Hansı məsələlərin müzakirə olunacağı haqda məlumatsızam”, - deyə ACP sədri bildirib.

Müsavat başqanını müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bu görüşə dəvət olunduqlarını bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasını görüşdə başqan İsa Qəmbər təmsil edəcək.

Görüşdə daha hansı müxalifət partiyalarının iştirak edəcəyini dəqiqləşdirməyə çalışdıq. AMİP sədri Yusif Bağırzadə bu haqda məlumatsız olduğunu bildirdi.

Anar RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış