Modern.az

Deputat Azərbaycan Prezidentini təbrik etdi

Deputat Azərbaycan Prezidentini təbrik etdi

Təhsil

11 Dekabr 2012, 12:33

“Azərbaycan Respublikasının Prezidenti, bütün idmansevərləri, Azərbaycan xalqını 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyimiz münasibətilə mən də öz adımdan təbrik edirəm”.

Bunu Modern.az-a açıqlamasında AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev 2015-ci il Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinə münasibət bildirərkən deyib. Federasiya rəsmisi onu da bildirib ki, bu, ölkəmiz üçün böyük uğurdur.

“Azərbaycanın beynəlxalq aləmdə imicinə çox müsbət təsir göstərəcək bir hadisədir. Bir çox Avropa ölkəsi bu məsələ ilə bağlı Azərbaycana səs verdi. Son zamanlar dövlətimizin idman sahəsində apardığı siyasətin də bu işə böyük təsiri oldu. Hər bir Avropa, Dünya çempionatlarında idmançılarımız medallar qazanırlar. Bu onu göstərir ki, Azərbaycan idman ölkəsidir. Son olimpiya oyunları da bir daha onu sübut etdi ki, Azərbaycan idmançıları potensiallıdır. 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarında xarici ölkələrin vətəndaşları respublikamıza  axışacaq. Eyni zamanda bu məqsədlə tikiləcək idman arenaları da gələcəkdə idmançılarımızın istifadəsində olacaq. Bu infrastruktur ölkəmizə miras qalacaq. Ona görə də hesab edirəm ki, bu çox böyük nəaliyyətdir”-deyə deputat vurğulayıb.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış