Modern.az

Deputat: “Parlamentdə Qarabağ dinlmələri keçirilməlidir”

Deputat: “Parlamentdə Qarabağ dinlmələri keçirilməlidir”

Təhsil

11 Dekabr 2012, 13:35

Milli Məclisinin bu günkü plenar iclasında deputat Fərəc Quliyev parlamentdə Dağlıq Qarabağla bağlı dinləmlərin keçirilməsini təklif edib. Modern.az-ın məlumatına görə, deputat  çıxış  edərək bildirib ki, iki ildən artıqdır parlamentdə Dağlıq Qarabağla bağlı dinləmələrin keçrilməsi məsələsini qaldırıb, amma çox təəssüf ki, bu, təklif gerçəkləşmir.

“Halbuki, ayrı-ayrı ölkələrin parlamentlərində bu dinləmələri keçirirlər. Bizdə aparılan danışıqlarla bağlı müxtəlif mövqelər var. Bir qismi bildirir ki, danışıqlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında getməlidir, bir qismi deyir ki, Azərbaycanla Ermənistan arasında. Bir qismi də bildirir ki, prezidentlər arasında danışıqlar getməlidir. Avropadan gələn deputatlar da müxtəlif fikirlər ortaya qoyurlar. Qeyd edirlər ki, dinləmələr keçirilməlidir, xarici işlər nazirləri də dəvət olunmalıdır, sonra bizim təkliflə mövqe nümayiş etdirməliyik”-deyə millət vəkili vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış