Modern.az

Demokratik Qüvvələrin Məşvərət Məclisi növbəti iclası keçirib

Demokratik Qüvvələrin Məşvərət Məclisi növbəti iclası keçirib

Təhsil

11 Dekabr 2012, 13:50

Dekabrın 11-də Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. Yığıncaqda Yusif Bağırzadə (AMİP),Əhməd Oruc (Azadlıq Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokrat Partiyası), Fuad Əliyev (LDP), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Taliyət Əliyev (ADP) iştirak ediblər.

AMİP Qərargahında Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyevin sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət, 21 Azər Hərəkatının ildönümü, Qərbi Azərbaycanlıların deportasiyasının 65 illiyi ilə bağlı məsələlər müzakirə olunub. 12 dekabr tarixində 21 Azər Hərəkatının 67-ci ildönümü olduğunu qeyd edən yığıncaq iştirakçıları bu gün də Güney Azərbaycanda soydaşlarımızın bu yöndə mübarizə apardığını və bu haqq mübarizəsində onlara dəstək verilməsinin vacib olduğunu bildiriblər. Daha sonra Qərbi Azərbaycanda (İndiki Ermənistan) yaşamış azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci tarixli qərarının 65 illiyi ilə bağlı geniş müzakirə aparılıb və 20 dekabr tarixində bununla bağlı dəyirmi masa keçirilməsi qərara alınıb. 

Növbəti iclasın 18 dekabr tarixində LDP sədri Fuad Əliyevin sədrliyi ilə LDP Qərargahında keçirilməsi haqda da qərar qəbul edilib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış