Modern.az

Assanj ABŞ-a ekstradisiya edilə bilər

Assanj ABŞ-a ekstradisiya edilə bilər

Dünya

10 Dekabr 2021, 19:15

London Yüksək Məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair apelyasiya şikayətini təmin edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə apelyasiya şikayətinə oktyabrın 27 və 28-də baxsa da, qərarı yalnız bu gün açıqlayıb. 

 

Qərara əsasən, iş birinci instansiyaya – yanvar ayında Assanjın intihar riskini əsas gətirərək onun ABŞ-a verilməsini rədd edən Vestminster rayon məhkəməsinə qaytarılacaq, bununla yanaşı, “WikiLeaks”ın qurucusu həbsdə qalacaq.

 

Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

 

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti ona qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi