Modern.az

Milli Məclis 22 məsələni təsdiqlədi

Milli Məclis 22 məsələni təsdiqlədi

Təhsil

11 Dekabr 2012, 14:18

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Modern.az parlamentdən xəbər verir ki, iclasın birinci yarısında gündəliyə təklif olunan məsələlərdən 22-si müzakirə edilərək təsdiqlənib.
Bunlar aşağıdakı sənədlərdir.

1. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

2. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan - Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6.  "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

9. "Azərbaycan Respublikası Höküməti və Böyük Britaniya və Şimali İrlandiya Krallığı Höküməti arasında hava əlaqəsi haqqında Saziş"ə dəyişikliklərə dair mübadilə edilmiş notaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

10. "Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

12. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbacan Respublikası qanununun layihəsi barədə.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

20. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

21. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

22. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış