Modern.az

Bu qanun böyük zəhmətin nəticəsidir - Elçin Şıxlı

Bu qanun böyük zəhmətin nəticəsidir - Elçin Şıxlı

11 Dekabr 2021, 13:30

"Uzun müddətdir üzərində iş aparılan "Media haqqında" yeni Qanun layihəsi ictimai müzakirələrdən sonra Milli Məclisə təqdim olunub".

 

Bununla bağlı Modern.az-a danışan Ayna.az saytının baş redaktoru Elçin Şıxlı söyləyib ki, qanun layihəsinin üzərində işlənməlidir:

 

"Bu hələlik qəbul edilməyib, layihə şəklindədir. Və mən hesab edirəm ki, bu qanun layihəsində müəyyən məqamlara aydınlıq gətirilməlidir. Hansısa qanun qəbul ediləndə mən özümə sual verirəm, bu layihə həyatımızı yaxşılaşdıracaq, yoxsa geriyə aparacaq? Ümid edək ki, müəyyən məqamlar nəzərə alınacaq və bu, irəliyə doğru addım olacaq".

 

"Qanun layihəsinin üzərində çox işləyiblər, böyük zəhmət sərf edilib. İki qanunu əvəz edəcək. Zənnimcə, Medianın İnkişafı Agentliyi yeni qanun layihəsinin qəbul edilməsindən sonra işini buna uyğun quracaq", - deyə E. Şıxlı qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu