Modern.az

Müxalifət liderləri Klintonun müavini ilə görüşdən danışmaq istəmədilər

Müxalifət liderləri Klintonun müavini ilə görüşdən danışmaq istəmədilər

Təhsil

11 Dekabr 2012, 15:51

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində müxalifət liderləri ilə ABŞ dövlət katibinin rəsmisi Tomas Melianın görüşü başa çatıb. Mətbuata qapalı keçirilən görüşdə ölkənin bir sıra aparıcı müxalifət partiyalarının nümayəndələri iştirak edib. ABŞ rəsmisi ilə baş tutan görüşdə müxalifətin hansı məsələlər ətrafında məsələlərə qoşulması maraq doğurur. Modern.az-ın əməkdaşı görüşün təfərrüatı ilə bağlı məlumat almaq üçün toplantıda iştirak edən Azərbaycan Liberal Partiyasınnı (ALP) sədri Əvəz Temirxanla əlaqə saxlayıb. Görüşə qatıldığını deyən Əvəz Temirxan sadəcə Azərbaycan və ABŞ münasibətlərinin müzakirə olunduğunu bildirsə də ətraflı məlumat vermək istəmədiyini bildirib.

Digər partiya rəhbərləri ilə də əlaqə saxlamağa çalışsaq da, onlar bu haqda danışmaq istəmədiklərini vurğuladılar. Lakin, ilkin ehtimallara görə,  ABŞ dövlət katibinin rəsmisi Tomas Melianla müxalifətin görüşündə prezidenti seçkiləri öncəsi ölkədəki ictimai-siyasi durum və bu istiqamətdə geniş müzakirələr keçirilib.

Qeyd edək ki, həmin görüşdə VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümayəndəsi Mehriban Vəzir iştirak edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış