İranın Bakıdakı səfirliyinin nümayəndəsinin Azərbaycana buraxılmaması ilə əlaqədar olaraq hazırda Azərbaycan Xarici İşlər Nazirliyi araşdırma aparır. Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib:
“Bu hadisə bir neçə həftə əvvəl baş verib. O, səfirliyin mədəniyyət mərkəzinin əməkdaşıdır. Həmin şəxsin üzərində xidməti pasportu və 3 aylıq vizası olub. Onun saxlanma səbəbi məlum deyil, hazırda səfirlik Xarici İşlər Nazirliyi ilə birgə bu məsələni araşdırır“.
Əməkdaşın adına gəlincə, mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin adını açıqlamaq istəmirlər.
Qeyd edək ki həmin şəxs Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəyə buraxılmayıb. Bu haqda məlumatı İran mətbuatı yayıb.
Nihadə Eyyubova