Modern.az

Dəvələrin gözəllik yarışı

Dəvələrin gözəllik yarışı

11 Dekabr 2021, 18:57

Səudiyyə Ərəbistanında keçirilən dəvələrin gözəllik yarışmasında 40-dan çox heyvan botoks iynəsi və bəzi digər estetik müdaxilələrə görə diskvalifikasiya edilib.

 

Modern.az xəbər verir ki, gözəllik müsabiqəsi Kral Əbdüləziz Dəvə Festivalının ən mühüm tədbiridir və 66 milyon dollar mükafata malikdir.

 

Yarışmada dəvələrdə gözlənilən əsas xüsusiyyətlər uzun, əyilmiş dodaqlar, iri burun və yaxşı formalı donqardır.

 

Səudiyyə Xəbər Agentliyi (SPA) bildirib ki, münsiflər heyəti dəvələrdə görünməmiş estetik rəftar səviyyəsini üzə çıxarmaq üçün “qabaqcıl texnologiyalardan” istifadə edib.

 

SPA bildirib ki, bütün namizədlər əvvəlcə ekspertlər tərəfindən xarici görünüşləri və hərəkətləri yoxlanılan əraziyə aparılıb.

 

Daha sonra qeyd olunub ki, dəvələrin baş, boyun və qarın nahiyələri rentgen və üçölçülü ultrasəs müayinəsi ilə yoxlanılıb, genetik analiz və digər müayinələr üçün nümunələr götürülüb.

 

SPA 27 dəvənin plastik əməliyyat, 16 dəvənin isə botoks səbəbiylə diskvalifikasiya edildiyini açıqlayıb.

 

Əbdüləziz Dəvə Festivalında ABŞ, Rusiya və Fransa da daxil olmaqla bir çox yerdən 33 min dəvə sahibi iştirak edir. 40 gün davam edən festival dünyada öz sahəsində ən böyük tədbirdir.

 

Paytaxt Ər-Riyadın 100 kilometr şimal-şərqində yerləşən 32 kvadrat kilometrlik festival ərazisini 100 min turistin ziyarət edəcəyi gözlənilir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama