Modern.az

“Guya, Azərbaycanın hansısa Avropa ölkəsi ilə problemi olduğu önə çəkilir...” - AÇIQLAMA

“Guya, Azərbaycanın hansısa Avropa ölkəsi ilə problemi olduğu önə çəkilir...” - AÇIQLAMA

Parlament

11 Dekabr 2012, 17:01

“Bəzən guya, Azərbaycanın hansısa Avropa ölkəsi ilə problemi olduğu önə çəkilir. Bu, doğru yanaşma deyil. Sadəcə, biz hər bir ölkə ilə münasibətlərdə, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsini ortaya qoyuruq. Təbii ki, bunu istəməyən qüvvələr var. Ancaq bu başqa anlama gəlməməlidir”.
Bu sözləri  Milli Məclisin bugünki iclasında Azərbaycan və Böyük Britaniya, Şimali İrlandiya  arasında hava əlaqəsi haqqında saziş və dəyişikliklərə dair mübadilə notalarının təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunarkən deputat Fuad Muradov bildirib

Deputat vurğulayıb ki, bu gün bütün sahələr üzrə Azərbaycan inkişaf edir: “Əməkdaşlıq və inkişaf bizdə bütün sahələr üzrə aparılır. Bunu yalnız Azərbaycanın daxilində deyil, sərhədlərimizdən kənarda da qəbul edirlər”-deyə millət vəkili bildirib. F.Muradovun sözlərinə görə, Avropa Birliyi ölkələrində Azərbaycan prezidenti İlham Əliyevin nufuzu çox böyükdür.   

“Biz Avropa Birliyinin ayrı-ayrı ölkələrinin parlamentlərində tez-tez görüşlər keçiririk. Bu ölkələrdə Azərbaycan Prezidenti İlham Əliyevi lider kimi tanıyırlar. Azərbaycan Prezidenti dünyada lider kimi qəbul olunan şəxsdir. Bu isə Azərbaycan üçün, onun işıqlı gələcəyi üçün çox vacib məsələdir”-deyə deputat vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım