Modern.az

Belçika məhkəmələrində hicab qadağasına son qoyuldu

Belçika məhkəmələrində hicab qadağasına son qoyuldu

Dünya

12 Dekabr 2021, 21:59

Belçikada qanuni tənzimləmə ilə məhkəmə salonlarında hicab qadağasına son qoyulub.

 

Modern.az xəbər verir ki, Belçika hökuməti Avropa Şurası Nazirlər Komitəsinin xəbərdarlığı əsasında məhkəmələrdə hicab taxmağı qadağan edən qanunvericiliyə dəyişiklik edib.

 

2018-ci ildə müsəlman bir qadın hicabını çıxarmadığını əsas gətirərək məhkəmə zalına getməkdən imtina etdi və Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etdi. Strasburq məhkəməsi Belçikanı "inanc azadlığını pozmaqda" təqsirli bilib. Bu qərardan sonra AİHM-in bu məsələ ilə bağlı qərarını göstərən sirkulyar məhkəmələrə göndərilib.

 

Bəzi hakimlər AİHM-in qərarına uyğun olaraq məhkəmə zalında hicab taxılmasına icazə versə də, bəziləri qadağanı tətbiq etməyə davam edib.

 

Müsəlman qadın 2018-ci ildə hicabını çıxarmadığını əsas gətirərək məhkəmə zalına aparılmamaq üçün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.

 

Strasburq məhkəməsi Belçikanı "dini etiqad azadlığını pozmaqda" təqsirli bilib. AİHM-in bu məsələ ilə bağlı qərarı yerli məhkəmələrə göndərilsə də, bəzi hakimlər AİHM-in qərarına uyğun olaraq məhkəmə zalında hicab taxılmasına icazə versə də, bəziləri qadağanı tətbiq etməyə davam edib.

 

Avropa Şurası Nazirlər Komitəsinin zəruri qanunvericilik dəyişikliyi ilə bağlı xəbərdarlıqdan sonra Belçika hökuməti dəyişikliyi tətbiq edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama