“Mançester Yunayted” klubunun bir neçə futbolçu və əməkdaşında yeni növ koronavirus (COVİD-19) aşkarlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın bazar günü məşqi nəzərdə tutulduğu kimi keçməyib.
Testi müsbət çıxanlar məşqdən öncə evlərinə göndərilib.
Komandadan bildirilib ki, dekabrın 11-də “Norviç”lə səfər matçından əvvəl oyunçuların heç bir testi müsbət çıxmayıb.