Modern.az

İstiqlalçı Deputatlar Məclisi separatizmə qarşı BƏYANAT verdi

İstiqlalçı Deputatlar Məclisi separatizmə qarşı BƏYANAT verdi

Təhsil

11 Dekabr 2012, 23:12

Dekabrın 11-də İstiqlalçı Deputatlar Məclisinin (İDM) iclası keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İbrahim İbrahimlinin sədrliyi ilə keçən iclasda bir sıra ciddi məsələlər müzakirə olunub. Müzakirələr zamanı qərara alınıb ki, dekabrın 28-də İstiqlalçı Deputatlar Məclisinin təşkilatçılığı ilə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ictimaiyyətin geniş dairələrini əhatə edən bayram tədbiri kecirilsin.  

Istiqlalçı deputatlar ölkənin tanınmış seçki mütəxəssisləri və hüquqşunasları tərəfindən hazırlanmış “Seçki islahatları memorandumu”nu müzakirə edərək, onu ölkədə demokratik seçki mühitinin təmin edilməsi üçün ilkin platforma  rolunu oynaya biləçək  sənəd kimi dəyərləndirib.
         
İstiqlalçı deputatlar son vaxtlarda ölkənin şimal və cənub bölgələrində etnik zəmində baş verən ictimai-siyasi prosesləri müzakirə edərək bildiriblər ki, milli azlıqlar vahid Azərbaycan xalqının tərkib hissəsidir və ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Odur ki, İstiqlalçı Deputatlar Məclisi bəyan edir ki, ölkədə milli azlıqlara qarşı hər hansı ayrı-seçkilik meylinin olmamasına baxmayaraq, son vaxtlarda onların adından müxtəlif yeni qurumların yaradılması təşəbbüsləri antiazərbaycan qüvvələrin ölkənin ərazi bütövlüyünü və Azərbaycan xalqının milli birliyini pozmaq, münaqişə törətmək niyyətlərinə, separatizmə rəvac verə biləcəyini nəzərə alaraq, bu cür halları qətiyyətlə pisləyir və dövlətçiliyimiz üçün təhlükəli faktor kimi dəyərləndirir.

Məclis son vaxtlar iqtidaryönümlü mətbuatda Ziyalılar Forumuna qarşı yonəlmiş “qara piarı” kəkin şəkildə pisləyərək hakimiyyətdən bu çirkin kampaniyaya son qoymağl tələb edib. İDM hakimiyyət rəsmilərini ölkə KİV-lərində dövlət strukturlarına yönəlik ifşaedici faktlara münasibət bildirməyə, daha ciddi açıqlamalar verməyə səsləyib.  
        
İstiqlalçı deputatlar Naxçıvan Milli Təhlükəsizlik Hazirliyində baş verən cinayətlə bağlı nazirliyin sabiq əməkdaşı İbrahim Musayevin “Azadlıq” qəzetinə açıqladığı faktları müzakirə edərək, Turac Zeynalovun işgəncə ilə öldürülməsini, dövlət orqanları əməkdaşlarının onun ailəsinə qarşı ləyaqətsiz hərəkətlərini qətiyyətlə pisləyib və belə hesab ediblər ki,  bu cinayətdə iştirakçı olmuş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

İstiqlalçı Deputatlar Məclisi həmçinin dekabrın 10-da Fəvvarələr meydanı və ona yaxın ərazidə İctimai Palatanın Ümumdünya İnsan Haqları Günü  ilə bağlı keçirdiyi kütləvi aksiya zamanı baş vermış polis özbaşınalığını, aksiya iştirakçılarına, xüsusilə qadınlara qarşı amansız davranışı, onlarla aksiya iştirakçısının tutulub saxlanmasını kəskin şəkildə pisləyib və bu faktları hakimiyyət tərəfindən vətəndaşların sərbəst toplaşmaq və öz iradələrini ifadə etmək hüquqlarının, ölkə Konstitusiyası və beynəlxalq hüquqla müəyyən olunmuş digər fundamental hüquqların kobudcasına pozulması kimi dəyərləndirib.

Məclis istiqlalçı deputatlar İsa Qəmbərin Avropa, Arif Hacılının isə Amerika  səfərilə bağlı məlumatlarını dinlənilib və Qərb ölkələrinin Azərbaycanda demokratik proseslərin inkişafına marağını müsbət qiymətləndirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış