Ötən gün Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.
Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Dönərdən zəhərlənən şəxslərin kimlikləri də məlum olub.
Modern.az zəhərlənən 8 nəfərin ad və soyadını təqdim edir:
Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin isə müalicəsi hazırda davam etdirilir.
***
Bakıda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu haqda Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib.
Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib.
Zəhərlənən şəxslər metronun “28 May” stansiyası ərazisindəki dönərxənalardan birinin müştəriləri olub.
Əldə etdiyimiz məlumata əsasən, 8 nəfərdən biri qadın, biri yeniyetmədir.
Zəhərlənənlərin vəziyyətinin ağır, orta-ağır olduğu bildirilir...