Modern.az

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Təhsil

12 Dekabr 2012, 10:34

Bu gün mərhum prezident Heydər Əliyevin  vəfatından 9 il ötür. Modern.az-ın məlumatına görə, bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda mərhum ölkə başçısı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.

Ölkə rəhbəri ilə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qeyd edək ki, Heydər Əliyevin vəfatından 9 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış