Türkiyənin səkkizinci prezidenti Turqut Özalın müəmmalı ölümü ilə bağlı aparılan ekspertiza başa çatıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Tibbi Ekspertiza Mərkəzi tədqiqatları başa vuraraq, Baş Prokurorluğa təqdim edib. Belə ki, rəsmi açıqlamada Özalın zəhərlənərək öldürülməsi faktı öz təsdiqini tapmayıb.
Bildirilib ki, Baş Prokurorluqda sənəd təsdiq edildikdən sonra başlanan cinayət işi başa çatacaq.
Qeyd edək ki, mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib. Özalın zəhərlənərək öldürülməsi ilə bağlı ailəsi tərəfindən irəli sürülən iddia əsasında mərhum eks-prezidentin məzarı bu ilin oktyabrında açılmışdı. Onun nəşindən götürülən nümunələr əsasında 4 zəhərli maddə aşkarlanıb.
Anar RÜSTƏMOV