Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Paşinyanın qaynı Hraçya Hakopyan parlament binasında baş vermiş davadan sonra ölkənin Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Modern.az erməni KİV-ə xəbər verir ki, məlumatı Akopyanın özü də təsdiq edib.
O, bunun bir-iki gün əvvəl baş verdiyini və orada müvafiq izahatlar verdiyini bildirib.
Deputat güc strukturuna şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını söyləməyib. O qeyd edib ki, proses statusun dəqiqləşdirilməli olduğu mərhələyə çatmayıb.
Xatırladaq ki, dava dekabrın 7-də hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə “Hayastan” fraksiyasından olan deputatların köməkçiləri arasında baş verib.