Modern.az

Ukrayna yeni dronların istehsalına başlyır

Ukrayna yeni dronların istehsalına başlyır

Dünya

13 Dekabr 2021, 21:01

Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “Luç” zavodu “Sokol-300” adlı zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istehsalına başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə zavodun baş direktoru Oleq Korostelev “Apostrof TV” onlayn kanalına müsahibəsi zamanı məlumat verib.

 

O qeyd edib ki, PUA-lar Ukrayna Müdafiə Nazirliyinin sifarişi əsasında istehsal olunacaq.

 

Korostelev bildirib ki, kütləvi istehsalın bir il yarım-iki il ərzində başlaması planlaşdırılır.

 

Yerli dronlar texniki xüsusiyyətlərinə görə, Türkiyədən alınan “Bayraktar TB2”lərdən geri qalmayacaq. PUA-lar həm kəşfiyyat uçuşları yerinə yetirəcək, həm də hədəflərə zərbələr endirə biləcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama