Avstraliya Cənubi Koreya ilə 716,5 milyon dollar dəyərində müdafiə müqaviləsi imzalayıb.
Modern.az xəbər verir ki, müqavilə Avstraliyanın Baş naziri Skott Morrison və Cənubi Koreya Prezidenti Mun Cae ın tərəfindən imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, Cənubi Koreyanın “Hanwha” şirkəti Avstraliya üçün 30 özüyeriyən artilleriya qurğusu və 15 zirehli döyüş maşını istehsal edəcək.
Akif İsmayılov