Modern.az

Nazirlik: “Sabahdan hava bir az da soyuyacaq, yağış yağacaq”

Nazirlik: “Sabahdan hava bir az da soyuyacaq, yağış yağacaq”

Təhsil

12 Dekabr 2012, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah  gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə dekabrın 13-ü axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış