Modern.az

Kommunist Partiyası: “Solçular seçki öncəsi birləşə bilər” - AÇIQLAMA

Kommunist Partiyası: “Solçular seçki öncəsi birləşə bilər” - AÇIQLAMA

Təhsil

12 Dekabr 2012, 14:32

“Vahid namizəd məsələsi ilə bağlı biz hələ müzakirələr aparmırıq”

Müxalifətin sağ cinahından fərqli olaraq solçular prezident seçkiləri öncəsi passiv siyasi fəaliyyətləri ilə seçilirlər. Müxalif düşərgədə və eləcə də İctimai Palatada vahid namizəd məsələsi və bu istiqamətdə qızğın müzakirələrin aparıldığı dönəmdə solçu kəsimin susması, hadisələrə göz yumması maraq doğurur.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov solçuların seçkilərə hazırlığı və bu istiqamətdə görüləcək işlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

Partiyanın seçkilərlə bağlı hazırlıqlara başladığını deyən R.Qurbanov Kommunist Partiyasının prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

“Bizim partiyada da bununla bağlı müəyyən işlər görülür. Rayon təşkilatlarında  hazırda məsləhətləşmələr aparılır. Seçkilərdə iştirak edəcəyik, hansı formada olmağından aslı olmayaraq.

Mənim namizədliyimə gəlincə, bu partiyanın qurultayında həll olunur. Doğrudur hər bir siyasətçi istəyər ki, prezident seçkilərinə qatılsın. Mənim namizədliyim irəli sürülərsə partiyanın ümumi potensialını nəzərə alıb, öz qərarımı verəcəm. Hələ sözün açığı vahid namizəd məsələsi ilə bağlı biz müzakirələr aparmırıq. Siyasətdə heç bir şey istisna deyil, hər şey ola bilər. Biz buna həm partiya olaraq, həm də mən partiya sədri olaraq bu prosseslərə hazırıq”, - deyə AKP sədri bildirib.

R.Qurbanov həmçinin solçuların seçkilərdə birləşə biləcəyinin də istisna olmadığını deyib:

Heç nə istisna deyil. Təbii ki, solların da vahid namizədi ola bilər və mübarizədə solçuların birlikdə mübarizə aparması da mümkündür. Lakin bu istiqamətdə solçu partiyalardan hələ ki, heç bir təklif gəlməyib bizə”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış