“Bu gün və ya sabah Qəbələ RLS-in işçilərinin və avadanlıqlarının evakuasiyası üçün xüsusi komissiya yaradılacaq”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, Qəbələ RLS-nin istismarı ilə bağlı təklif alınmayıb: "İnanmıram ki, üçüncü ölkə onun istismarını davam etdirmək istəsin. Azərbaycan tərəfindən hansı ölkəyə icarəyə veriləcəyi ilə bağlı təşəbbüs yoxdur."
Nihadə Eyyubova