Modern.az

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvarda görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvarda görüşəcəklər

Təhsil

12 Dekabr 2012, 14:51

“Dublində baş tutan “3+2” görüşü ilə bağlı heç bir razılıq əldə olunmadı”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, isveçli həmkarı Karl Bildt, Polşa Prezident Administrasiyasının rəhbəri Yacek Mixaylovski ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib. O, bildirib ki, Azərbaycanla Ermənistanın xarici işlər nazirləri yanvar ayında görüşəcəklər: “Dublində baş tutan “3+2” görüşü ilə bağlı heç bir tərəf razılığa gələ bilmədi. Bu görüşlə bağlı heç bir razılıq əldə olunmadı”.

E. Məmmədyarov onu da bildirib ki, Ermənistanın mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "3+2" formatında bəyanatı razılaşdırmaq mümkün olmadı: "Bu yəqin ki, Ermənistanda keçiriləcək seçkilərlə əlaqəlidir."

Nazirin sözlərinə görə, hər iki ölkə XİN başçılarının görüşü yanvar ayının sonunda Parisdə baş tutacaq.

Nihadə Eyyubova   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış