Modern.az

Tanınmış tarzən: “İran tarı ayrı, Azərbaycan tarı ayrı, narahat olmağa dəyməz”

Tanınmış tarzən: “İran tarı ayrı, Azərbaycan tarı ayrı, narahat olmağa dəyməz”

Təhsil

12 Dekabr 2012, 15:39


“Tar musiqi alətinin Azərbaycanın olmasını artıq təsdiq etmişik. İran istəyir milyon dəfə YUNESCO-ya müraciət etsin”. Bunu Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva İranın YUNESKO-ya tar musiqi alətinin öz adlarına çıxarılması üçün etdiyi müraciətə münasibət bildirərkən deyib. Mətbuat sözçüsü onu da bildirdi ki, faktiki olaraq tarın Azərbaycanın olması bağlı məsələsi təsdiqlənib.

“Biz bunu Azərbaycanın təqdimatında etmişik. Prinsip etibari ilə YUNESKO tarın Azərbaycan musiqi aləti olması ilə bağlı müraciətimizi təsdiq edib”.

Tar ifaçısı, xalq artisti Ramiz Quliyev isə məsələyə bir az fərqli yanaşır. “Bu müraciət İranın öz hüququdur. Çünki onlar fars tarını qeydiyyatdan keçirmək istəyirlər. YUNESKO-da qeydiyyatdan keçən isə Azərbaycan tarıdır. Bu musiqi alətləri arasında fərqlər var. Azərbaycan tarı həm muğamı, həm bəstəkar əsərlərini, həm də dünya xalqlarının klassik əsərlərini ifa edir. Azərbaycan tarının ənənəsi keçmişi, güclü məktəbi var. Tarımız imkanlarına görə dünya miqyasında tanınır. Eyni zamanda deyə bilərəm ki, bu musiqi aləti bizimlə yanaşı uyğurlarda, farslarda da var. İran tarı ilə bizimkinin fərqi isə bunlardır: bizim tarın dilləri on birdir, amma fars tarında beş, ya da altı olur. İran tarında klassik əsərlər ifa etmək olmur. Pərdələrində də müəyyən fərqlər mövcuddur. Mənim İran-fars tarına da hörmətim var. Amma bizim tarımız yüksək sənət əsəri göstərmə qabiliyyətlərinə görə üstündür. Ümumiyyətlə götürəndə məsələyə birtərəfli yanaşmaq lazım deyil”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış