Modern.az

Müstəntiq Nigar Yaqublunun məhkəməsində ifadə verdi

Müstəntiq Nigar Yaqublunun məhkəməsində ifadə verdi

Təhsil

12 Dekabr 2012, 16:57

Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun məhkəməsi davam edir. Məhkəmə prosesi ilə bağlı Modern.az-a məlumat verən Tofiq Yaqublu hazırda məhkəmədə fasilə elan edildiyini deyib. Onun sözlərinə görə, bugünkü prosesdə Nigar Yaqublunun cinayət işinin müstəntiqi Rafiq Həsənovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət təmin olunub.

T.Yaqublu həmçinin bildirib ki, Rafiq Həsənov məhkəmədə dindirilib, onun ilkin ifadəsi alınıb. Müstəntiqin ifadəsinin tamamilə yalan olduğunu deyən T.Yaqublu prosesin bir azdan davam edəcəyini vurğulayıb.

***

Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun növbəti məhkəmə prossesi dekabrın 17-yə təyin olunub.

Qeyd edək ki, Nigar Yaqublu avqustun 25-də müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə həbs edilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış