Modern.az

“Dillər Universitetindəki cinayət işi ilə bağlı məlumat veriləcək” - Baş Prokurorluq

“Dillər Universitetindəki cinayət işi ilə bağlı məlumat veriləcək” - Baş Prokurorluq

Təhsil

13 Dekabr 2012, 09:36


“Azərbaycan Dillər Universitetində baş verən qanun pozuntuları ilə bağlı cinayət işinin nəticələri barədə məlumat veriləcək”.  Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusunu cavablandırarkən deyib. O, cinayət işinin nəticəsi ilə bağlı əlavə məlumat açıqlanacağını deməklə kifayətlənib.

E.Sultanovdan fərqli olaraq Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova istintaqın gedişi ilə bağlı heç bir məlumat verə bilməyəcəyini deyib. Onun sözlərinə görə, bu barədə yalnız mətbuatdan məlumat alır.

Azərbaycan Dillər Universitetinin maddi məsul şəxsləri barəsində külli miqdarda dövlət vəsaitini mənimsəmə, israf etmə, talama faktı üzrə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Gültəkin Ələsgər  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış