Modern.az

Amerika azərbaycanlılarından tornado qurbanlarına başsağlığı

Amerika azərbaycanlılarından tornado qurbanlarına başsağlığı

15 Dekabr 2021, 13:45

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) üzvləri başsağlığı məktubu ilə ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşirə müraciət ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, məktubda Azərbaycan icmasının 2021-ci il dekabrın 10-da Kentukki, Arkanzas, İllinoys, Missuri, Missisipi və Tennesi ştatlarında baş vermiş güclü tornadonun səbəb olduğu tələfatlara və xəsarət alanlara görə böyük kədər hissi keçirdiyi qeyd edilib.

 

“AAKŞ və Azərbaycan icması adından tornado qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Dəhşətli təbii fəlakət nəticəsində xəsarət alanlara şəfa diləyir, çətin günlərin tezliklə arxada qalmasını arzulayırıq. Biz Kentukki üçün dualar edirik!”, - deyə müraciətdə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu