Modern.az

Təhsil Nazirliyinə məxsus bina yandı

Təhsil Nazirliyinə məxsus bina yandı

Təhsil

13 Dekabr 2012, 10:15

Tərtər rayonunda məktəbdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Tərtər rayonu, Xoruzlu kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli kənd orta məktəbinin 2-ci mərtəbəsində sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb.

Məktəbin binası yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülübdür. İlkin ehtimala görə, yanğına odun sobasının həddən artıq qızması səbəb olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış