Modern.az

Ukrayna ilə Azərbaycanın diplomatik münasibətlərinə dair monoqrafiya çıxıb

Ukrayna ilə Azərbaycanın diplomatik münasibətlərinə dair monoqrafiya çıxıb

Təhsil

13 Dekabr 2012, 10:47

Kiyevdə Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr edilmiş monoqrafiya nəşr olunub.
Fəxri doktorları Heydər Əliyev və İlham Əliyev olan Taras Şevçenko adına Kiyev Milli Universitetində 14 dekabr 2012-ci ildə “Ukrayna-Azərbaycan: etibardan əməkdaşlığa” adlı kitabın təqdimatı olacaq. Kitabın müəllifləri – politologiya elmləri doktoru, professor Oleq Tkaç, “Azərbaycançılıq İnstitutu” adlı Beynəlxalq İctimai təşkilatın, həmçinin Ukrayna azərbaycanlıları Konqresinin Kiyev təşkilatının prezidenti, həmyerlimiz Oleq Krapivin və Ukrayna Diplomatik Akademiyasının aspirantı Səid Qədiməliyevdir.
Təqdimatda Ali Radanın deputatları, tanınmış siyasi və ictimai xadimlər iştirak edəcəklər. Kiyevdə təqdimatda iştirak etmək üçün yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova da dəvət olunub. Qeyd edək ki, Ukrayna dilində nəşr edilən bu kitabda Elmira Axundovanın bir sıra məqalələri, həmçinin onun qələmi ilə ərsəyə gələn Azərbaycanın indiki prezidenti İlham Əliyevin iki siyasi portreti də öz əksini tapıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış