ABŞ ordusu “Portlend” hərbi gəmisində quraşdırılmış lazer silahlarını sınaqdan keçirib.
Modern.az AP-yə istinadən xəbər verir ki, sınaqlar Şərqi Afrika ilə Ərəbistan yarımadasını ayıran Ədən körfəzinin sularında keçirilib.
ABŞ Hərbi Dəniz Qüvvələri lazer sınağının uğurla başa çatdığını bildirib.
Qeyd edək ki, 2020-ci ildə hərbçilər “Portlend” gəmisindən lazerlər bir pilotsuz uçan aparatınə uğurla vurmuşdular.
AP-nin məlumatına görə, lazer silahları Qırmızı dənizdə husi qiyamçılarının istifadə etdiyi partlayıcılarla dolu uzaqdan idarə olunan qayıqlara qarşı istifadə oluna bilər.
Akif İsmayılov