ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə daha ətraflı və uzunmüddətli danışıq aparacağını bildirib.
Modern.az Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Baydenin özü bildirib.
Bayden jurnalistin Putinlə yeni sammitin keçirilməsi zərurəti barədə sualına cavab verərkən qeyd edib ki, uzun söhbət olacaq.
O, başqa təfərrüatları açıqlamayıb.
Ölkə liderləri sonuncu dəfə dekabrın 7-də videobağlantı vasitəsilə danışıblar. Prezidentlər sanksiyaları və Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
Akif İsmayılov