Modern.az

ABŞ 8 Çin şirkətini qara siyahıya salır

ABŞ 8 Çin şirkətini qara siyahıya salır

15 Dekabr 2021, 20:41

ABŞ Maliyyə Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətində uyğurların total nəzarətində iştirak etməkdə ittiham olunan daha səkkiz Çin şirkətini qara siyahıya əlavə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) öz mənbələrinə istinadən yazıb.

 

Siyahıya daxil edilənlər arasında dünyanın ən böyük kommersiya dronları istehsalçısı "DJI Technology" şirkəti də var.

 

Nəşr bildirib ki, siyahı cümə axşamı, dekabrın 16-da yenilənəcək. Hazırda bu siyahıda 60-a yaxın Çin şirkəti var. Qara siyahıya düşmək o deməkdir ki, bu şirkətlər amerikalı investorlardan maliyyə ala bilmir. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama