Modern.az

Almaniya iki rus diplomatı ölkədən qovdu

Almaniya iki rus diplomatı ölkədən qovdu

15 Dekabr 2021, 21:26

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib. 

 

Modern.az xəbər verir ki, bu, Berlində çeçen səhra komandiri, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli ilə bağlı məhkəmənin hökmü ilə bağlıdır. 

 

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın qərarını dost olmayan addım kimi qiymətləndirib və “adekvat cavab” veriləcəyini bildirib.

 

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, dövlətin sifarişi ilə qətl Almaniya qanunlarının və Almaniya Federativ Respublikasının suverenliyinin ciddi şəkildə pozulmasıdır: “Buna görə də biz Rusiya səfirini çağırmışıq. Biz ona səfirliyin iki əməkdaşının persona non qrata elan ediləcəyini söylədik”.

 

Almaniya hakimiyyəti hesab edir ki, qətl Rusiya-Almaniya münasibətlərini ciddi şəkildə gərginləşdirəcək.

 

Bu gün, dekabrın 15-də Berlin Ali Məhkəməsi rusiyalı Vadim Sokolovu (Krasikov kimi də tanınır) ömürlük həbs cəzasına məhkum edib. Məhkəmənin versiyasına görə, məhkum Rusiya hakimiyyətinin göstərişi ilə Rusiyada terrorçu hesab edilən Xanqoşvilini öldürüb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama