Ukrayna Ali Radasının azərbaycanlıları təhqir edən deputatı Fyodor Neqoy həmvətənlərimizdən rəsmi olaraq üzr istəyib. Bu barədə məlumatı
Modern.az-a Ukrayna Azərbaycanlıları Konqresindəin veriblər.
Qeyd edək ki, Ukraynanın Xerson vilayətindən deputat seçilən Fyodor Neqoy ötən həftə çıxışlarının birində azərbaycanlıları və gürcüləri təhqir edərək bu xalqalrın ölkədən qovulmasını tələb etmişdi. Çıxışında bəyan edib ki, Ukrayna bazarlarında çalışan azərbaycanlılar və gürcülər “Ukrayna üçün xərçəng yarasıdır”.
Buna cavab olaraq məsələ ilə bağlı dərhal Ukraynada azərbaycanlıları təmsil edən UAK sədri Rövşən Tağıyev müvafiq yerli və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb və deputatın təhqiramiz çıxışı ilə bağlı ölçü götürülməsini yerli dövlət qurumlarından tələb edib. Beynəlxalq və yerli ictimaiyyətin, o cümlədən Ukrayna rəsmi qurumları deputatla bağlı məsələyə baxıblar. Ötən gün isə F.Neqoy UAK-a müraciət edərək yerli mətbuatın onun sözlərini təhrif etdiyini bildirərək azərbaycanlılardan buna görə üzr istəyib. O qeyd edib ki, məlum çıxışında işlətdiyi ifadə bazarlarda olan bir sıra dələduzlara aid edib. O vurğulayıb ki, azərbaycanlılar dürüst, zəhmətsevər, məsuliyyətli insanlardı.
“Mən heç bir halda bu sözləri bütövlükdə azərbaycanlılara ünvanlamamışam. Mənim gözəl dostluq münasibətlərim olan azərbaycanlı dostlarım var. Sadəcə bir sıra jurnalistlər səsləndirdiyim sözləri təhrif ediblər”.
F.Neqoy Kiyevdən Xersona qayıdan zaman mətbuat konfransı təşkil edərək bu məsələyə aydınlıq gətirəcəyinə də söz verib. R.Tağıyev bildirib ki, deputat bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək yerli mətbuatda üzr istədiyi təqdirdə son günlər baş qaldıran bu xoşagəlməz münaqişəyə son qoyulacaq:
“Hesab edirik ki, ksenofobiya və milli ayrıseçkilik istənil halda yolverilməzdir və bu halların qarşısı qətiyyətlə alınmalıdır. Xatırladaq ki, F.Neqoyun səsləndirdiyi fikirlərlə bağlı UAK ən yüksək səviyyələrdə məsələ qaldırıb, Ukrayna Diplomatik Akademiyasında keçirilmiş konfransda millət vəkilinin bəyanatlarına görə Fyodor Neqoy barədə ciddi tədbirlərin görülməsini tələb etmişdi.
Modern.az