Modern.az

Bakı metrosunda yeni vaqonlar sınağa buraxıldı - FOTO

Bakı metrosunda yeni vaqonlar sınağa buraxıldı - FOTO

Təhsil

13 Dekabr 2012, 12:25


Bakıya gətirilən Rusiyanın “Transmaşholdinq”in istehsalı olan və “OKA” adı ilə tanınan yeni tipli 81-760/761 metro vaqonları Bakı Metropalitenin stansiyalarında  sınağa buraxılıb. Bu barədə Modern.az-a
Bakı Metropalitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib.

N.Tanverdiyeva bildirib ki, yeni vaqonlar bu günlərdə Bakı Metropalitenin stansiyalarında sınaqdan keçirilir.
 
Bakı Metroplaiteni ilə “Transmaşholdinq” zavodunun  rəhbərliyi arasında razılaşma əldə olunub ki, 5-6 ay müddətində bu vaqonlar sınaqdan keçiriləcək. Əgər Azərbaycana sərf edərsə və uyğun olarsa, tədricən stansiyalarımızda köhnə  vaqonlar yeniləri ilə əvəz olunacaq.

Bakı Metropaliteninin rəsmisi yeni vaqonların müasir standartlara cavab verdiyini bildirib.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış