İtaliyada 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunub.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, İtaliya Dərman Agentliyinin qərarına əsasən, “Pfizer -Biontech” vaksini 3 həftəlik fasilələrlə dozanın üçdə biri olmaq şərti ilə uşaqlara vurulub.
Paytaxt Romada yerləşən Spallanzani Yoluxucu Xəstəliklər Xəstəxanasında artıq 6-9 yaş arası 5 uşağın peyvənd olunduğu açıqlanıb.
İtaliya Pediatriya Dərnəyinin prezidenti Annamaria Staiano ölkədə 5-11 yaş arası 250 min uşağın koronavirusa yoluxduğunu, onlardan 1450-sinin xəstəxanaya yerləşdiyini, 36 uşağın reanimasiyada müalicə olunduğunu, 10-u isə dünyasını dəyişdiyini açıqlayıb.